
Luiş Fiqu Çempionlar Liqasının əsas favoritinin adını çəkib
Portuqaliya millisinin, "Barselona", "Real Madrid", "İnter"in sabiq futbolçusu, 52 yaşlı Luiş Fiqu Çempionlar Liqasının əsas favoritinin adını açıqlayıb.
"Düşünürəm ki, “PSJ” Çempionlar Liqasını qazanacaq. Paris komandası əla formadadır və stabil nəticələr göstərir.Amma dəqiq deyə bilmərəm. Hər şey çox mürəkkəbdir,"-“Tuttomercatoweb” Fiqudan sitat gətirir.
Yarımfinalda “PSJ” İngiltərənin vitse-çempionu “Arsenal”la qarşılaşacaq. Finala digər vəsiqə İspaniya vitse-çempionu “Barselona” ilə İtaliya çempionu “İnter” arasında oynanılacaq.
Almaz Həsənli
Digər xəbərlər