
Vitkoff niyə yenidən Putinlə görüşə gedir?
ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff bu həftə yenidən Moskvaya səfər edərək Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Ağ Evdən bildiriblər ki, səfərin məqsədi Ukraynada müharibənin mümkün dayandırılması ilə bağlı danışıqlardır. “Reuters” xəbər verir ki, bu, artıq Vitkoffun Rusiya prezidenti ilə dördüncü görüşüdür.
Səfər “Financial Times” (FT) qəzetində Putinin Trampa ABŞ-ın Krım üzərində Rusiyanın suverenliyini tanıması müqabilində hazırkı cəbhə xəttində döyüşləri dayandırmağı təklif etdiyinə dair xəbərlər fonunda baş verib.
Bununla belə, Ukrayna prezidenti Vladimir Zelenski belə təkliflər almadığını və Krımın Rusiya ərazisi kimi tanınması ehtimalını istisna etdiyini bildirib.
Ağ Evin mətbuat katibi Kerolayne Livitt-in sözlərinə görə, Tramp aprelin 22-də Vitkoff ilə görüş keçirib, “danışıqların davam etdiyini” və xüsusi elçisinin isə tezliklə Rusiyaya gələcəyini təsdiqləyib.
Livitt vurğulayıb ki, " Tramp, sülh və bu müharibənin bitməsini istəyir". Onun sözlərinə görə, Ağ Ev rəhbəri münaqişənin hər iki tərəfinin hərəkətlərindən məyusdur.
Almaz Həsənli