Kaya Kallas Azərbaycana səfər edəcək

Kaya Kallas Azərbaycana səfər edəcək

23 Aprel 10:29
Bəyəndim (3) Bəyənmədim (0)


Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfər edəcək. Bu barədə məlumat Avropa İttifaqının rəsmi saytında yerləşdirilib.
Kallas Azərbaycana aprelin 25-də gələcək. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin respublikaya səfərinin məqsədləri dəqiqləşdirilməyib.
Məlumata görə, ali nümayəndə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
Kallas xarici işlər naziri Ceyhun Bayramovla da görüşəcək. Görüşdən sonra mətbuat konfransı keçiriləcək.
Bakıya səfəri zamanı Kallasın Avropanın gənc səfirləri ilə də görüşü gözlənilir.
Almaz Həsənli