Makron payızda parlamenti buraxa bilər

Makron payızda parlamenti buraxa bilər

23 Aprel 10:35
Bəyəndim (4) Bəyənmədim (0)


Fransa prezidenti Emmanuel Makron növbədənkənar seçkilərin keçirilməsi üçün bu payızda parlamentin buraxılması imkanlarını araşdırır. Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Onların məlumatına görə, dövlət başçısı son həftələr bu məsələ ilə bağlı ətrafı ilə məsləhətləşir, lakin hələlik yekun qərar yoxdur. 2025-ci ilin payızından əlavə, gələn il parlament seçkilərinin keçirilməsi də nəzərdən keçirilir.

Aprelin əvvəlində Milli Mitinq partiyasının parlament fraksiyasının lideri Marin Le Pen bildirib ki, Fransada 2027-ci ildə keçiriləcək prezident seçkiləri onun siyasi karyerasında sonuncu ola bilər. Martın 31-də siyasətçi 4 il müddətinə azadlıqdan məhrum edilib və o, 5 il dövlət vəzifəsində də namizəd ola bilməyəcək. Le Pen cəzasını həbsxanada çəkməyəcək və cəzasını evdə elektron qolbaq taxaraq keçirəcək.

2024-cü ilin dekabrında Makron siyasi partiya liderləri ilə görüşdə deyib ki, 2027-ci ildə prezidentlik müddəti bitənə qədər parlamenti buraxmayacaq.

Qeyd edək ki, bir müddət əvvəl Qərb Rusiya ilə ABŞ arasında aparılan danışıqlara görə Makronun “isteriyasını” elan etmişdi.

Əziz Mustafa, Oxuməni.az