
Moskva yaxınlığında Rusiya Baş Qərargahının yüksək rütbəli generalı məhv edilib
Moskva yaxınlığında, Balaşixada naməlum şəxslər avtomobili partladıblar. Rusiya Baş Qərargahından yüksək rütbəli general sıradan çıxarılıb. Bu barədə Baza Telegram kanalı məlumat yayıb.
“Balaşixada avtomobilin partlaması nəticəsində ölən şəxs 59 yaşlı Müdafiə Nazirliyinin generalı Yaroslav Moskalikdir”, - deyə məlumatda bildirilir.
Partlayış səhər saat 10:40 radələrində bir əsgər evin yaxınlığında dayanmış "Volkswagen Golf" markalı avtomobilin yanından keçərkən baş verib.
"Partlayış o qədər güclü olub ki, general bir neçə metr kənara atılıb, aşağı mərtəbələrdəki mənzillərin pəncərələri sındırılıb", - Baza bildirib.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər