
Daha bir rusiyalı Qırğızıstanda muzdluların işə götürülməsi işi ilə bağlı həbs edilib
Afrika və Mərkəzi Asiya üzrə ekspert, “Regnum” xəbər agentliyinin köşə yazarı Viktor Vasilyev muzdluların işə götürülməsi ilə bağlı iş üzrə Qırğızıstanda saxlanılıb. Bu barədə agentliyin baş redaktoru Marina Əhmədova Telegram kanalında məlumat verib.
"Onun bölgədən yazdığı məqalələr bəzi qüvvələr arasında narazılığa səbəb olurdu",- deyə o bəyan edib.
Əhmədova əlavə edib ki, saxlanılanlar “xüsusilə Qırğızıstan hakimiyyətinin kin bəslədiyi şəxslərdir”.
Bir gün əvvəl Qırğızıstandakı Rus Evinin əməkdaşı Nataliya Sekerina muzdlu əsgərlər toplamaqda şübhəli bilinərək saxlanılıb. Bişkek məhkəməsi onun barəsində iyunun 17-dək həbs qətimkan tədbiri seçib. Respublika Milli Təhlükəsizlik Komitəsi cinayət işi açıb; qadını 10 ilə qədər həbs gözləyir. Eyni iş çərçivəsində Oş meriyasının əməkdaşı Sergey Lapuşkin və daha iki nəfər saxlanılıb.
Əziz Mustafa, Oxuməni.az