Netanyahu may ayında Azərbaycana səfər edəcək

Netanyahu may ayında Azərbaycana səfər edəcək

10:35
Bəyəndim (4) Bəyənmədim (0)


Mayın əvvəlində İsrailin baş naziri Benyamin Netanyahu Bakıya rəsmi səfər edəcək və prezident İlham Əliyevlə görüşəcək. Bu barədə “The Times of Israel”ə iki mənbə bildirib.
Səfər Vaşinqton və Tehran arasında nüvə müzakirələrinin təzələndiyi bir vaxta təsadüf edir və Türkiyənin Suriyadakı hərbi mövcudluğu ilə bağlı davam edən danışıqların müzakirə olunacağı gözlənilir.
Səfərin gündəliyinə Azərbaycanın İbrahim sazişlərinə mümkün qoşulması, İsraillə ikitərəfli əlaqələrin genişləndirilməsi və Bakının Mərkəzi Asiyada təsirinin gücləndirilməsi ilə bağlı müzakirələr də yer alacaq. “Ynet” xəbər verir ki, görüş ABŞ-ın Yaxın Şərq üzrə elçisi Stiv Vitkoffun səfərindən sonra baş tutacaq. Səfər zamanı Azərbaycan regionda vəziyyətin sabitləşdirilməsində vasitəçi kimi çıxış edib.
Əliyev bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriyanın yeni prezidenti Məhəmməd əl-Şara ilə danışıqlar apararaq onun əsas regional oyunçu rolunu daha da möhkəmləndirib. Məlumata görə, ABŞ və İsrail Əliyevi əsas regional oyunçular arasında fikir ayrılıqlarını aradan qaldırmağa qadir olan unikal fiqur kimi görür.
Almaz Həsənli