
“Yahoo” “Chrome” brauzerini almaqda maraqlıdır
“Yahoo Search”-ün baş meneceri Brayan Provost, federal hakimin monopoliyada satılmasına qərar verərsə, “Chrome” veb brauzerini almaq üçün təklif verəcək. Onun sözlərini “Bloomberg” sitat gətirir. “Yahoo” brauzerin on milyardlarla dollara satılacağını təxmin edir.
“Bloomberg”-in qeyd etdiyi kimi, “Yahoo” 2000-ci illərin əvvəllərində axtarış bazarına rəhbərlik etsə də, daha sonra yerini “Google”-a itirdi. Şirkət 2021-ci ildə “Apollo Global Management” tərəfindən satın alınana qədər bir neçə dəfə satışa çıxarıldı.
Brayan Provost qeyd edib ki, “Apollo”nun rəhbərliyi altında “Yahoo” hələ inkişaf mərhələsində olan öz brauzerinin yaradılması üzərində işləyir. Şirkət həmçinin brauzer almaq imkanlarını araşdırıb və ictimaiyyətdə müzakirə olunduqdan sonra dərhal “Chrome” ilə maraqlanmağa başlayıb.
Bundan əvvəl hakim Amit Mehta “Google”-u qeyri-qanuni inhisarçılıqda təqsirli bilib və antiinhisar orqanlarının təkliflərini nəzərdən keçirir. ABŞ Ədliyyə Nazirliyi “Chrome” brauzerinin satışını tələb edir. CHatGPT yaradıcısı “OpenAI” də brauzeri almaqda maraqlıdır.
Almaz Həsənli