
Vitkoff və Rusiya diktatoru Vladimir Putin arasında görüş bu həftənin sonunda baş tutacaq
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi ilə Rusiya diktatoru Vladimir Putin arasında Moskvada planlaşdırılan görüş bu həftənin sonunda baş tutacaq.
Amerika rəsmisinin sözlərinə görə, Vitkoffun Ukraynada müharibəyə son qoyulması ilə bağlı danışıqlar üçün cümə günü, aprelin 25-də Kreml lideri ilə görüşməsi planlaşdırılır.
Bildirilir ki, göyərtəsində Vitkoff olan təyyarə artıq Parisdən Rusiyaya doğru yola düşüb.
Xatırladaq ki, dünən Kreml ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun bu həftə Moskvaya səfər edə biləcəyi barədə məlumat yayıb. Ağ Evin mətbuat katibi Caroline Levitt bildirib ki, Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar davam edir və Witkoff bu barədə Putinlə danışmağa davam etməlidir.
Qeyd edək ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi artıq aprelin 11-də Putinlə görüşüb. Onların görüşü 5 saata yaxın davam edib. Danışıqların əsas mövzusu Ukrayna olub.
Əziz Mustafa, Oxuməni.az