Tramp Zelenskinin Krımdan imtina etməyə hazır olduğunu açıqlayıb

Tramp Zelenskinin Krımdan imtina etməyə hazır olduğunu açıqlayıb

13:05
Bəyəndim (2) Bəyənmədim (0)


Ukrayna prezidenti Vladimir Zelenski hərbi əməliyyatların dayandırılması müqabilində ilhaq edilmiş Krımdan imtina etməyə hazırdır. “Sky News” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Jurnalistlər Ağ Ev rəhbərinə sual veriblər ki, onun fikrincə, Vladimir Zelenskinin 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilmiş Krım üzərində nəzarətdən imtina etməyə hazır olub-olmaması barədə Tramp belə cavab verib: “Mən belə düşünürəm ki,bəli”.
ABŞ prezidenti Zelenski ilə Vatikanda görüşü barədə müsbət danışıb. Fevralın sonunda Ağ Evdəki mübahisədən sonra münasibətlərindəki dəyişikliklə bağlı suala Tramp deyib: "Mən görürəm ki, o [Zelenski] daha sakitdir. Məncə, o, baş verənləri anlayır, məncə, razılaşmaq istəyir".
Eyni zamanda Tramp Rusiya prezidenti Vladimir Putini müharibəni dayandırmağa və “razılığa gəlməyə” çağırıb.
"Rusiyanın Ukraynaya endirdiyi zərbələrdən çox məyus oldum. Mən Putinə güvənib-güvənmədiyim sualına təxminən iki həftədən sonra cavab verəcəyəm", - Ağ Evin rəhbəri bildirib.
Həftə sonu Tramp deyib ki, Putinin “son bir neçə gündə mülki ərazilərə, şəhərlərə və qəsəbələrə raket zərbələri endirmək üçün heç bir səbəbi yoxdur”.
Almaz Həsənli