
ABŞ sülh prosesi naminə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmir
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Ukraynadakı münaqişənin həllinə mane olmamaq üçün Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmir. Onun sözlərinə görə, məhdudiyyətlərin genişləndirilməsi hərbi əməliyyatların davam etməsinə səbəb ola bilər.
"Biz hələ də ümid edirik ki, bütün diplomatik səylər nəticə verəcək və biz bu iki tərəfi bir-birinə daha da yaxınlaşdıra biləcəyik. "Demək istəyirəm ki, belə şeylərə başlayan kimi bundan geri çəkilirsən və özünü daha iki illik müharibəyə məhkum edəcəksən və biz bunu görmək istəmirik,"- Marko Rubio NBC News-a deyib.
Dövlət katibinin əlavə etdiyi kimi, Vaşinqtonun həm nikbinlik, həm də narahatlıq üçün əsasları var. Onun sözlərinə görə, yaxın həftə ərzində ABŞ tərəflərin nizamlanma prosesində irəliləyişini qiymətləndirəcək və sülh prosesində iştirakını davam etdirmək istəyib-istəməyəcəyinə qərar verəcək.
ABŞ sonuncu dəfə keçmiş prezident Co Baydenin dövründə Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirmişdi. Fevral ayında Donald Tramp 2014-cü ildən bəri Moskvaya qarşı tətbiq edilən bütün məhdudiyyətləri daha bir il uzadıb.
Əziz Mustafa. Oxuməni.az