Kennedi: Tramp Putinə başa salmalıdır ki, biz onları balıq yeməyinə çevirə bilərik

Kennedi: Tramp Putinə başa salmalıdır ki, biz onları balıq yeməyinə çevirə bilərik

14:35
Bəyəndim (3) Bəyənmədim (0)


Respublikaçı senator Con Kennedi Putinlə danışıqlar prosesində dəyişikliklərin nə vaxt baş verəcəyi ilə bağlı fikirlərini bildirib.
"Putin Trampa verdiyi hər sözü pozdu. O, zəbt etdiyi bütün əraziləri saxlamaq istəyir. Putin Amerikanın tam sürətlə axmaqlar şəhərinə doğru getdiyini düşünür. O, bizim ondan qorxduğumuzu düşünür. O, hər addımda prezident Trampa yalan danışıb və Trampa hörmətsizlik edib.
Düşünmürəm ki, biz Putinə onu və ölkəsini balıq yeməyinə çevirməyə hazır olduğumuzu bildirməyincə, hər şey yaxşılaşacaq. Mən nüvə silahından danışmıram. Biz neft ticarətindən danışırıq, dəqiq desək,” -Senator Kennedi “FOX News SUNDAY”də bildirib.
Almaz Həsənli