İspaniya və Portuqaliyada elektrik enerjisi kəsildikdən sonra demək olar ki, bərpa edilib

İspaniya və Portuqaliyada elektrik enerjisi kəsildikdən sonra demək olar ki, bərpa edilib

13:30
Bəyəndim (2) Bəyənmədim (0)

Bazar ertəsi Qrinviç vaxtı iıə saat 10:30 radələrində İspaniya və Portuqaliyada kütləvi elektrik kəsilməsi (blekaut) baş verib, “Bloomberg” xəbər verir. Andorrada və Fransanın İspaniya ilə həmsərhəd bölgələrində də elektrik şəbəkəsində problemlər yaşanıb.

Səlahiyyətlilər çərşənbə axşamı səhərə qədər İspaniya və Portuqaliyaya enerji təchizatının 99%-dən çox bərpa edildiyini bildirib. Kəsintilər metro, hava limanları, xəstəxanalar və interneti iflic edib, qatar stansiyalarını sərnişinlər üçün müvəqqəti düşərgəyə çevirib. İspaniya milli fövqəladə vəziyyət elan edib və hər iki ölkə fövqəladə hökumət iclasları keçirib.

Qəzanın səbəbləri hələ müəyyən edilməyib. İspan şəbəkə operatoru “Red Electrica” ehtimal səbəb kimi Fransa ilə bağlantının kəsilməsini göstərib, Portuqaliya isə "güclü gərginlik dalğalanmalarının" İspan sistemində yarana biləcəyini söyləyib. Portuqaliyanın baş naziri Luiş Monteneqro kiberhücum ehtimalını istisna edib, lakin İspaniya təxribatı istisna etmir və baş nazir Pedro Sançes artıq NATO-nun baş katibi ilə vəziyyəti müzakirə edib.

İşıqlandırmanın kəsilməsi gündəlik həyata ciddi təsir edib,mağazalar bağlanıb, ictimai nəqliyyat dayanıb, uçuşlar ləğv edilib və neft emalı zavodları bağlanıb. Avtomobillər svetofor olmadan şəhər küçələri ilə hərəkət edirdi, bank terminalları işləməyi dayandırdı və hər iki ölkədə internet trafiki 80-90% azaldı.

Çərşənbə axşamı səhərə qədər əksər ərazilərə elektrik enerjisi bərpa olunsa da, İspaniya hökuməti uzun bir gecənin olacağı barədə xəbərdarlıq edib. Hər iki ölkənin hakimiyyət orqanları Qərbi Avropada son onilliklərin ən pis elektrik kəsilməsinin səbəblərini araşdırmaqda davam edir.

Almaz Həsənli