İsrail Azərbaycana kömək üçün müraciət edib

İsrail Azərbaycana kömək üçün müraciət edib

10:15
Bəyəndim (3) Bəyənmədim (0)

İsrail aprelin 30-da səhər saatlarında Qüdsün qərbində baş vermiş kütləvi meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan və daha 12 ölkədən dəstək istəyib.

Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib, onun sözlərini “EFE” agentliyi sitat gətirib.

"Son saatlarda mən Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən olan həmkarlarımla danışdım və onlardan (meşə yanğınlarının söndürülməsi üçün) hava dəstəyində kömək istədim", -agentlik İsrailin xarici işlər naziri Gideon Saardan sitat gətirir.

Çərşənbə günü səhər Qüdsün qərbində baş verən meşə yanğınları sürətlə nəzarətdən çıxıb. Hakimiyyət bir neçə yaşayış məntəqəsindən sakinlərin təxliyyə edildiyini elan etməli və bir neçə yolu bağlamalı olub.

İsrailli həkimlər “EFE”-yə bildiriblər ki, indiyədək onlara tüstüdən xəsarət alan 19 nəfər gəlib, onlardan 13-ü xəstəxanaya yerləşdirilib.

Almaz Həsənli