Orban Ukrayna Kəşfiyyat Xidmətlərini Macarıstana qarşı əməliyyata başlamaqda ittiham edib

Orban Ukrayna Kəşfiyyat Xidmətlərini Macarıstana qarşı əməliyyata başlamaqda ittiham edib

08:22
Bəyəndim (6) Bəyənmədim (0)

Ukrayna xüsusi xidmət orqanları Macarıstanda Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı keçirilən referendumun qarşısını almaq üçün Macarıstana qarşı əməliyyata başlayıb. TASS xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban xalqa müraciəti zamanı deyib.

Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, o, çərşənbə axşamı Müdafiə Şurasının iclasını çağırıb, çünki son günlər Ukrayna xüsusi xidmət orqanlarının Macarıstana qarşı görünməmiş hücumu olub.

“Ukrayna bizim Aİ-yə üzvlüklə bağlı səsvermə təşəbbüsümüzü əngəlləmək üçün Macarıstana qarşı razılaşdırılmış böhtan kampaniyasına başlayıb.

Eyni zamanda, Orban bəyan edib ki, Ukrayna tərəfi macar müxalifətinin köməyi ilə Macarıstan Silahlı Qüvvələrinə təzyiqlər edib.

Mayın 9-da Macarıstanın xarici işlər naziri Peter Sijarto diplomatik pərdə altında Ukraynanın Budapeştdəki səfirliyində işləyən iki ukraynalı casusun ölkədən qovulduğunu açıqlayıb.

Əziz Mustafa, Oxuməni.az