ABŞ və Somali qüvvələri Puntlandda İŞİD-ə zərbələr endiriblər

ABŞ və Somali qüvvələri Puntlandda İŞİD-ə zərbələr endiriblər

07:58
Bəyəndim (4) Bəyənmədim (0)

ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) və Somali Federal Hökumətinin ordusu Puntland bölgəsində İŞİD-in hədəflərinə zərbələr endirib. Bu barədə Goobjoog məlumat yayıb.

Əvvəlcə düşmənə pilotsuz təyyarələr tərəfindən hücum edilib, bundan sonra xüsusi təyinatlıların reydi başlayıb. Bütün bunlar Bari bölgəsindəki Bosaso şəhərindən 70 km aralıda baş verib.

“AFRICOM ilə birgə hərəkətlər Somali və onun beynəlxalq tərəfdaşlarının terror təhlükəsini aradan qaldırmaq və sabitliyi bərpa etmək əzmini vurğulayır”, - bəyanatda deyilir.

Fevralın 2-də Ağ Evin prezidenti Donald Tramp Amerika hərbçilərinə Somalidə İslam Dövləti terror təşkilatının liderlərindən birinə hədəfli zərbə endirmək əmri verdiyini açıqlayıb.

Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan edib ki, qlobal təhlükəsizliyə ən ciddi çağırışlar İslam Dövləti və Əl-Qaidədən gəlir. O qeyd edib ki, bu terror təşkilatları yeni siyasi reallıqlara tez uyğunlaşır.

Bundan əvvəl Somalidə ABŞ Hərbi Hava Qüvvələrinin endirdiyi zərbə nəticəsində onlarla İŞİD terrorçusu məhv edilib.

Əziz Mustafa, Oxuməni.az