Ançelotti rəsmən Braziliyanın baş məşqçisi vəzifəsinə keçib

Ançelotti rəsmən Braziliyanın baş məşqçisi vəzifəsinə keçib

10:37
Bəyəndim (2) Bəyənmədim (0)


Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi vəzifəsinə keçib.Bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) mətbuat xidməti xəbər.
Ançelotti 2026-cı il dünya çempionatına qədər Braziliya yığmasına rəhbərlik edəcək.
— Ançelottinin Braziliya millisinin rəhbərliyinə gətirilməsi sadəcə strateji addım deyil. Bu, dünyaya bir bəyanatdır ki, biz fəxri kürsünün ən yüksək pilləsini yenidən əldə etmək əzmindəyik. O, tarixin ən böyük məşqçisidir və indi də planetin ən böyük komandasına rəhbərlik edəcək. CBF prezidenti Ednaldo Rodriges deyib ki, biz birlikdə Braziliya futbolu üçün yeni və şərəfli fəsillər yazacağıq.
65 yaşlı Ançelotti 2021-ci ildən "Real” Madridi çalışdırır, 2013-2015-ci illərdə də Madrid klubunda çalışıb. İtaliyalı mütəxəssisin rəhbərliyi altında "Real” Madrid iki dəfə İspaniya çempionu, iki dəfə ölkə kubokunun və Superkubokunun qalibi, üç dəfə Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.
Ançelotti həmçinin "Milan", "Çelsi", PSJ və "Bavariya"nı ölkə çempionatlarına gətirib.
Almaz Həsənli