İtaliya Ukraynanın yenidən qurulmasında lider olmaq istəyir

İtaliya Ukraynanın yenidən qurulmasında lider olmaq istəyir

15:22
Bəyəndim (3) Bəyənmədim (0)

İtaliya Ukraynanın istehsal strukturunun iqtisadi bərpasında aparıcı rol oynamağa çalışır. Bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani H sosial şəbəkəsində yazıb.

"Veronada mən Ukraynanın yenidən qurulması üzrə baş nazirin müavini Oleksiy Kuleba ilə görüşdüm. Ukraynanın güclü dəstəyini və hökumətin ədalətli və davamlı sülhə nail olmaq üçün tərəfdaşlarımızla işləmək öhdəliyini bir daha təsdiqləmək üçün", - Tajani yazıb.

O qeyd edib ki, İtaliya və Ukrayna iyulda Romada keçiriləcək Ukraynanın yenidən qurulması üzrə Konfransa daha yaxşı hazırlaşmaq üçün əməkdaşlıq edirlər.
"İtaliyanın inkişafının mühərriklərindən biri olan Veneto ilə çoxsaylı müəssisələrin iştirakı ilə biz Ukraynanın istehsal strukturunun iqtisadi bərpasında aparıcı rol oynamağı hədəfləyirik", - İtaliyalı nazir qeyd edib.
Xatırladaq ki, ötən ilin oktyabrında İtaliyanın baş naziri Giorgia Meloni Ukraynanın bərpası ilə bağlı Konfransın keçiriləcəyini açıqlamışdı. 10-11 iyul 2025-ci il tarixlərində Romada baş tutacaq.

Bundan əvvəl Dünya Bankı Rusiyanın işğalından sonra Ukraynanın bərpa ehtiyaclarını 411 milyard dollar səviyyəsində qiymətləndirmişdi. Bu, 2022-ci ilin sentyabrında verilən 349 milyard dollarlıq əvvəlki hesablamadan çoxdur. Həmçinin qeyd etmək lazımdır ki, Rusiyanın işğalı səbəbindən bu məbləğ daim dəyişir.
Əziz Mustafa, Oxuməni.az