
“Google” on il ərzində ilk dəfə öz loqosunu yeniləyib
“Google” şirkəti öz loqosunu yeniləyib.Bu barədə “Meduzalive” teleqram kanalı “9 to 5 Google”a istinadla yazır.
Yeniləmə çərçivəsində loqodakı aydın rəng bölmələri bulanıq olanlarla əvəz edilib. Loqo indi daha çox “Google” tərəfindən hazırlanmış süni intellekt chatbotu olan “Gemini”-nin loqosuna bənzəyir.
Sonuncu dəfə “Google” loqosunu 2015-ci ildə dəyişmişdi. Daha sonra şirkət kiçik g hərfini böyük G hərfi ilə əvəz etdi.
Şirkət loqonun dəyişdirilməsi ilə bağlı rəsmi açıqlama verməyib.
Almaz Həsənli
Digər xəbərlər