Zelenski Nəriman Cəlalı Ukraynanın Türkiyədəki səfiri təyin edib

Zelenski Nəriman Cəlalı Ukraynanın Türkiyədəki səfiri təyin edib

07:40
Bəyəndim (3) Bəyənmədim (0)

Nəriman Cəlal Ukraynanın Türkiyədəki yeni səfiri olub. Müvafiq təyinatı prezident Vladimir Zelenski təsdiqləyib.Bu barədə Ukrayna dövlət başçısının 305/2025 saylı fərmanında deyilir.

“Nəriman Enveroviç Cəlal Ukraynanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, – sərəncamda deyilir.

Nəriman Cəlal Krım tatar siyasətçisi, jurnalist və hüquq müdafiəçisidir. 27 aprel 1980-ci ildə Özbəkistanın Nəvai şəhərində anadan olub. 1989-cu ildə ailəsi ilə birlikdə Krıma qayıtdı.

Odessa Milli Universitetinin siyasi elmlər fakültəsini bitirib. O, “Avdet” qəzetində jurnalist, ATR telekanalında aparıcı işləyib, Simferopol Beynəlxalq Məktəbində tarix və hüquqdan dərs deyib.

2013-cü ildə Krım tatar xalqı Məclisi sədrinin birinci müavini olub.

Əziz Mustafa, Oxuməni.az