
ABŞ Zelenskinin NATO sammitində iştirakını istəmir
Ukrayna xarici işlər və müdafiə nazirləri səviyyəsində görüşə dəvət oluna bilər.
ABŞ Ukrayna prezidenti Vladimir Zelenskinin NATO-nun iyunda Haaqada keçiriləcək sammitinə dəvət edilməsinə qarşıdır. Bu barədə “Ansa” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, müraciətlər yalnız dörd Asiya tərəfdaşına - Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyaya göndərilib.
"Demək olar ki, bütün müttəfiqlər Vaşinqtonda bu seçimlə bağlı şübhələrini bildiriblər", - mənbə jurnalistlərə bildirib.
Nəşr əlavə edib ki, bu mövzu NATO xarici işlər nazirlərinin Tqeyri-rəsmi görüşündə müzakirə oluna bilər. Lakin bu, rəsmi görüş olmadığı üçün hər hansı qərarın qəbulu gözlənilmir.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər