Rusiya nümayəndə heyəti İstanbula gəlib

Rusiya nümayəndə heyəti İstanbula gəlib

15 May 11:36
Bəyəndim (1) Bəyənmədim (0)


Rusiya nümayəndə heyətinin üzvlərini daşıyan təyyarə mayın 15-i səhər saatlarında İstanbulun Atatürk hava limanına enib. Bu barədə “İnterfaks”a aviasiya xidmətindəki mənbələr məlumat verib.
“TASS”-ın məlumatına görə, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların İstanbul vaxtı ilə saat 10:00-da başlaması planlaşdırılır. Lakin görüşün təşkili ilə bağlı məlumatlı mənbə dəqiq vaxtın hələ müəyyən edilmədiyini açıqlayıb.
Danışıqlar Türkiyə prezidentinin iqamətgahında, Boğaziçi sahilindəki Dolmabaxça sarayında baş tutacaq.
Rusiya prezidenti Vladimir Putin görüşdə iştirak etməyəcək. Mayın 14-də o, prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib.
“Reuters” və “CNN” xəbər verir ki, Putinin Türkiyəyə getməyəcəyi məlum olduqdan sonra ABŞ prezidenti Donald Tramp da danışıqlarda şəxsən iştirak etməmək qərarına gəlib.
Ukrayna nümayəndə heyətinə prezident aparatının rəhbəri Andrey Yermak başçılıq edir. Ukrayna prezidenti Vladimir Zelenski də Türkiyəyə gəlib. O, əvvəllər yalnız Putinlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyevin istənilən formata açıq olduğunu vurğulayıb.
Ukraynanın xarici işlər naziri Andriy Sybiha dünən Ankaranın sülh prosesində əsas rolunu vurğulayıb. Bu sözləri türkiyəli həmkarı Hakan Fidanla görüşdə deyib.
"Görüşümüz zamanı məni Türkiyəyə dəvət etdiyi üçün Hakan Fidana təşəkkür etdim və onu döyüş meydanında və diplomatiyada baş verən son hadisələr barədə məlumatlandırdım. Dünya diplomatiyasının mərkəzi hazırda fəal vasitəçilik rolunu oynayan Türkiyədədir. Biz bunu yüksək qiymətləndiririk", - Sibiqa özünün X səhifəsində qeyd edib.
Almaz Həsənli