
"Qalatasaray" klubu 19-cu dəfə Türkiyə Kubokunun qalibi oldu
Çərşənbə günü, mayın 14-də futbol üzrə Türkiyə kubokunun qalibi adı uğrunda oyunda “Trabzonspor” İstanbul “Qalatasaray”ı ilə qarşılaşıb.
“Qalatasaray” “Trabzonspor”u darmadağın edərək (3:0) Türkiyə kubokunun qalibi olub.
Qarşılaşma Qaziantepdə, “Qaziantep Arena” stadionunda baş tutub.
Oyunu Cihan Aydının başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Viktor Osimxen qaliblərin heyətində iki dəfə fərqlənib (46 və 63-cü dəqiqə). Digər qolu Barış Yılmaz (5) vurub. Yunus Akgün 3 qolun hər birinə assistentlik edib.
“Qalatasaray” 19-cu dəfə Türkiyə Kubokunu qazanaraq, öz turnir rekordunu yeniləyib.
Almaz Həsənli
Digər xəbərlər