Ankarada Ərdoğan və Zelenski arasında danışıqlar başlayıb

Ankarada Ərdoğan və Zelenski arasında danışıqlar başlayıb

15:10
Bəyəndim (2) Bəyənmədim (0)


Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Zelenski arasında Ankarada danışıqlar başlayıb, Türkiyə mətbuatı xəbər verir.
Zelenski günorta saatlarında Ankaraya gəlib. Günortadan sonra İstanbulda Ukrayna nümayəndə heyəti Rusiya ilə birbaşa danışıqlara başlayacaq. Zelenski bildirib ki, Ərdoğanla görüşdən sonra nizamlanma baxımından gələcək addımlar barədə qərar veriləcək. O, həmçinin qeyd edib ki, İstanbulda Ukrayna nümayəndə heyəti “ən yüksək səviyyədə” təmsil olunur: Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin rəhbərləri, hərbçilər və bütün kəşfiyyat orqanlarının nümayəndələri.
Mətbuat Ukrayna nümayəndə heyətinə Zelenskinin ofisinin rəhbəri Andrey Yermak, ofis rəhbərinin müavini İqor Jovkva, müdafiə naziri Rustem Umerov və Ukraynanın xarici işlər naziri Andriy Sıbihanın daxil olacağını bildirib.
Almaz Həsənli