
ABŞ Türkiyəyə 300 milyon dollar dəyərində raket satışına icazə verib
ABŞ Türkiyəyə dəyəri 300 milyon dollardan çox olan “hava-hava” tipli raketlərin satışını təsdiqləyib. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) tədarüklər barədə Konqresə məlumat verdi.
Müqavilə ümumi dəyəri təxminən 225 milyon dollar olan 53 ədəd qabaqcıl AIM-120C-8 orta mənzilli hava-hava raketi (AMRAAM) və 6 ədəd AIM-120C-8 AMRAAM idarəedici sistemlərinin Ankaraya təhvil verilməsinə aiddir.
Bundan əlavə, 60 ədəd AIM-9X Sidewinder Block II raketlərinin və əlaqəli logistika və proqram təminatının, həmçinin 11 ədəd AIM-9X Block II taktiki hədəfləmə bloklarının satışı ümumilikdə 79,1 milyon dollara təsdiq edilib.
Sözügedən “hava-hava” tipli raketlər, xüsusilə F-16 qırıcıları tərəfindən müxtəlif hava missiyalarında istifadə oluna bilər.
Konqresdə silah satışı ilə bağlı müraciətlərə baxılma müddəti 15 gündür. Bu müddət ərzində Konqresdən heç bir etiraz alınmazsa, əməliyyat başa çatmış sayılır.
Almaz Həsənli