Çin Rusiyaya pivə tədarükündə ilk dəfə olaraq Almaniya və Çexiyanı geridə qoyub

Çin Rusiyaya pivə tədarükündə ilk dəfə olaraq Almaniya və Çexiyanı geridə qoyub

11:05
Bəyəndim (4) Bəyənmədim (0)

Çin gözlənilmədən Rusiyaya pivə tədarükçüləri arasında lider olub, ilk dəfə olaraq Almaniya və Çexiyanı qabaqlayıb. 2024-cü ilin ilk üç ayında Çin ixracatçıları 7,1 milyon dollar dəyərində məhsul göndəriblər ki, bu da keçən ilki səviyyədən demək olar ki, iki dəfə çoxdur. “RİA Novosti” bu barədə milli statistika orqanlarının məlumatlarına istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, Almaniya və Çexiyadan tədarüklər təxminən 5 dəfə azalaraq hər biri 3,8 milyon dollar təşkil edib. Əvvəllər Aİ-nin ən böyük təchizatçıları arasında üçüncü yeri tutan Litvada da tələb azalıb: ixrac yarı azalaraq 2,6 milyon dollara düşüb.
Avropadan tədarükün kəskin azalmasına səbəb yeni gömrük qaydalarıdır. Rusiya “qeyri-dost ölkələr” adlanan ölkələrdən pivə idxalına rüsumları artırıb – indi onların hər litri əvvəlki 0,1 avro əvəzinə 1 avro təşkil edir.
Bu addım Asiyadan olan tədarükçülərə yol açaraq, Avropa məhsullarının rəqabət qabiliyyətinə ciddi zərbə vurdu.

Almaz Həsənli