
Çin şirkəti ölkədə təkrar istifadə edilə bilən raketin ilk sınağını keçirib
Çin şirkəti ölkədə təkrar istifadə edilə bilən raketin ilk sınağını keçirib. Sınaq Sarı dənizdəki Donqfanq Hərbi Dəniz Kosmodromunda baş tutub. "Yuanxingzhe-1" raketi 2,5 km məsafəyə qalxıb. Space Epoch-un WeChat sosial şəbəkəsində bildirdiyi kimi, “missiya uğurla başa çatdı”. Yayımlanan videoda raketin mühərrikini necə söndürdüyünü, daha sonra işini bərpa edərək yerə necə getdiyini görə bilərsiniz. Uçuş 125 saniyə davam edib.
Ekspertlərin sözlərinə görə, Çin şirkəti ən azı buraxılış xərclərinə görə SpaceX ilə rəqabət apara bilər. Bu sınaqlar özəl şirkət tərəfindən aparılıb. Hazırda təkcə ABŞ-da deyil, bütün dünyada özəl şirkətlər raket və kosmik sənayedə böyük uğurlar əldə edirlər. Burada çinlilərin SpaceX ilə xərc baxımından rəqabət apara biləcəyi artıq nəzərə çarpmaqdadır.
Əziz Mustafa, Oxuməni.az