Gürcüstan Rusiyadan deportasiya edildikdən sonra sərhəddə ilişib qalan 65 ukraynalını vətənlərinə qaytarıb

Gürcüstan Rusiyadan deportasiya edildikdən sonra sərhəddə ilişib qalan 65 ukraynalını vətənlərinə qaytarıb

16:21
Bəyəndim (2) Bəyənmədim (0)


Gürcüstanın Daxili İşlər Nazirliyi və Ukrayna tərəfi arasında uzunmüddətli və çoxşaxəli danışıqların nəticəsində, “Dariali” sərhəd-buraxılış məntəqəsi yaxınlığında olan Ukraynanın 65 vətəndaşı könüllü şəkildə, çarter reysi ilə, üçüncü ölkə vasitəsilə vətənə qayıdıb.
Bu barədə Oxuməni.az “1tv.ge”yə istinadla xəbər verir ki. məlumatı Daxili İşlər Nazirliyi yayıb.
“Qeyd edilməlidir ki, Gürcüstanın dövlət sərhədi yaxınlığında hələ də 20-yə yaxın Ukrayna vətəndaşı qalır. Onların vətənə təşkil olunmuş, təhlükəsiz və könüllü şəkildə qayıtması ilə bağlı gürcü tərəfi Ukrayna tərəfi və beynəlxalq təşkilatlarla danışıqları intensiv şəkildə davam etdirir.
Ümid edirik ki, sərhəddə qalan şəxslərlə bağlı proses artıq ləngiməyəcək və onlar vaxtında, yaxın gələcəkdə öz vətənlərinə qayıda biləcəklər.
İctimaiyyətə məlum olduğu kimi, “Dariali” sərhəd-buraxılış məntəqəsinin neytral zona olaraq bilinən ərazisində Rusiya Federasiyasından gələn, etibarsız sənədlərlə Gürcüstanın dövlət sərhədini keçməyi tələb edən və Ukrayna vətəndaşları olduqlarını deyən 87 nəfər olub. Dövlət təhlükəsizliyi maraqlarından irəli gələrək, qeyd olunmuş şəxslərin ölkəyə daxil olmasına icazə verilmədi, çünki onların hamısının ağır cinayət keçmişi var və dəfələrlə — ağır və ya xüsusilə ağır cinayətlərə görə mühakimə olunublar. Bundan başqa, onların sərhədi keçmək üçün lazım olan etibarlı sənədləri yox idi və Gürcüstanın dövlət sərhədindən buraxılmaq üçün tələb olunan meyarlara cavab vermirdilər.
Ötən aylar ərzində gürcü tərəfi Ukraynanın Gürcüstandakı səfirliyi, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirib. Qeyd olunan məsələnin həlli məqsədilə, həmçinin polis attaşeləri şəbəkəsindən də istifadə edilib, bu şəbəkə çərçivəsində də Gürcüstanın Ukraynadakı polis attaşesi ilə Ukraynanın Daxili İşlər Nazirliyi arasında ünsiyyət baş tutub.
Almaz Həsənli