Ərdoğan: Türkiyə sahillərində tankerlərə hücumlar vəziyyətin gərginləşdiyini göstərir

Ərdoğan: Türkiyə sahillərində tankerlərə hücumlar vəziyyətin gərginləşdiyini göstərir

08:06
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə sahillərində Qara dənizdə tankerlərə hücumlar vəziyyətin gərginləşdiyini göstərir, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət iclasından sonra bildirib. Bu barədə Haberler.com məlumat yayıb.

"Müstəsna iqtisadi zonamız daxilində ticarət gəmilərinə edilən hücumlar vəziyyətin həyəcan verici dərəcədə gərginləşdiyini göstərir", - deyə prezident bildirib.

Türkiyə lideri vurğulayıb ki, Ankara naviqasiya təhlükəsizliyini, insan həyatını və ətraf mühiti təhdid edən bu cür hücumlar üçün heç bir əsas görmür.

Ərdoğanın sözlərinə görə, Türkiyə hakimiyyəti Ukraynadakı münaqişəyə son qoymaq üçün danışıqlarla bağlı inkişafları diqqətlə izləyir. Bundan əlavə, siyasətçi Türkiyənin nizamlama prosesinə töhfə verməyə hazır olduğunu bir daha vurğulayıb.

28 noyabrda Qara dənizdə Türkiyə sahilləri yaxınlığında iki tanker yanıb. Hadisə "xarici təsir" kimi təsvir edilib. "Virat" gəmisi Türkiyə sahillərindən təxminən 35 dəniz mili məsafədə vurulub. Kapitan gəmiyə dron hücumu barədə məlumat verib. Misirdən Novorossiyskə gedən ikinci tanker olan "Kairos" dəniz minasına düşmüş ola bilər.

Daha sonra Ukraynanın "Strana.ua" nəşri əməliyyatın Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və ölkənin donanması tərəfindən birgə həyata keçirildiyini açıqlayıb.

Əziz MUSTAFA