Zelenski London görüşünün təfərrüatlarını açıqlayıb
Ukrayna Prezidenti Volodymyr Zelenski Londonda Avropa liderləri ilə görüşüb. Müzakirə mövzularından biri Amerika tərəfi ilə işləmək olub. Bu barədə Oxuməni.az Ukrayna liderinin Facebook paylaşımına istinadən məlumat yayıb.
Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniya Baş naziri Keir Starmer və Almaniya Kansleri Fridrix Merts ilə danışıqlardan sonra Zelenski Avropa və Ukrayna arasında, eləcə də Ukrayna, Avropa və ABŞ arasında birliyin qorunmasının vacibliyini vurğulayıb.
"Bu gün Amerika tərəfi ilə birgə diplomatik işimizi ətraflı müzakirə etdik və təhlükəsizlik zəmanətlərinin, yenidənqurmanın və növbəti addımların əhəmiyyəti ilə bağlı ortaq mövqe barədə razılığa gəldik", - deyə prezident bildirib.
O, əlavə edib ki, Ukraynaya əlavə müdafiə dəstəyi müzakirə mövzusu olub. Zelenski Makrona, Starmerə və Merzə Ukrayna xalqının yanında olmağa və sülhə nail olmaqda onlara kömək etməyə hazır olduqlarına görə təşəkkür edib.
Əziz Mustafa













.jpg)
.jpg)
.jpg)


























































.jpg)








