İsrail ABŞ-a İrana dair tələblərini irəli sürüb
İsrail ABŞ ilə təmaslarda Vaşinqtonun Tehranla danışıqlarına dair bəzi tələblərində israr edir. Oxuməni.az xəbər verir ki, bu barədə İsrail televiziyasının “12-ci kanal”ı yəhudi dövlətinin yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Çərşənbə axşamı Qüdsdə İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilən görüşün məzmunu ilə tanış olan telekanalın mənbəsi iddia edir ki, İsrail tərəfi gözlənilən Amerika-İran danışıqlarından əvvəl qapalı qapılar arxasında dörd tələb irəli sürüb.
12-ci kanalın həmsöhbətinin sözlərinə görə, bu tələblərə İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını başqa ölkəyə ötürməsi, Tehranın nüvə zənginləşdirməsindən imtina etməsi, iranlıların ballistik raket istehsalını dayandırması, eləcə də Yaxın Şərqdə İslam Respublikasına müttəfiq qüvvələrin maliyyələşdirilməsinin və təchizatının dayandırılması daxildir.
"Bu şərtləri özündə əks etdirməyən hər hansı bir razılaşma pis razılaşmadır. Hazırkı [Vaşinqton] administrasiyası bütün sahələrdə, xüsusilə də İran məsələsində İsrailə sadiqliyini sübut edib", - rəsmi şəxs bildirib. "İsrail keçmişdə təsir göstərib və bu dəfə də amerikalıların atmağa qərar verəcəyi hər addıma təsir göstərəcək", - 12-ci kanalın həmsöhbəti iddia edib.
Daha əvvəl Amerika portalı “Axios” mənbələrə istinadən bildirmişdi ki, fevralın 6-da İstanbulda Uitkoffun İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşü gözlənilir. “Axios”-un məlumatına görə, tərəflərin danışıqlarda "mümkün nüvə sazişini" müzakirə edəcəyi gözlənilir.
Almaz Həsənli



















.jpg)




























.jpg)
.jpg)
.jpg)





























.jpg)

