Əbu-Dabi görüşündə tərəflər əsas məsələlər barədə razılığa gələ bilməyiblər
Ukrayna, ABŞ və Rusiya 5 fevralda sülh danışıqlarının ikinci mərhələsini başa vurdular. Xüsusilə, atəşkəsin yaradılması məsələsi qaldırıldı.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Facebook-da və Ukrayna Prezidenti Volodymyr Zelenski axşam çıxışında bildirib.
Umerov tərəfindən dərc edilən görüşün yekun kommunikesində müzakirələrin konstruktiv olduğu və davamlı sülhə nail olmaq üçün şərait yaratmaq yollarına yönəldiyi bildirilirdi. Nümayəndə heyətləri əsir mübadiləsi barədə razılığa gəldilər.
Kommunikasiyada deyilir: "İki gün ərzində nümayəndə heyətləri qalan həll olunmamış məsələlər, xüsusən də atəşkəsin tətbiqi və hərbi əməliyyatların dayandırılmasının monitorinqi üsulları barədə geniş müzakirələr apardılar".
Nümayəndə heyətləri yüksək rəhbərliyə məlumat vermək və qarşıdakı həftələrdə danışıqları davam etdirmək barədə razılığa gəldilər.
Prezident Vladimir Zelenski bildirib ki, Ukrayna danışıqlar heyəti artıq görüşün nəticələri barədə ona məlumat verib. Onlar Kiyevdə Ukrayna lideri üçün tam hesabat hazırlayacaqlar, çünki bir çox aspektləri telefonla müzakirə etmək mümkün deyil.
"İndiyə qədər deyilənlərə əsasən, yaxın gələcəkdə, ehtimal ki, Amerikada əlavə görüşlər planlaşdırılır", - deyə o əlavə edib.
Onun sözlərinə görə, Ukrayna sülhü yaxınlaşdıracaq və etibarlı və davamlı edəcək bütün iş formatlarına hazırdır.
"Bu müharibənin Rusiyanın təcavüzünə görə mükafatlandırılmaması ilə başa çatması vacibdir. Bu, əsl təhlükəsizliyi bərpa edən və təmin edən əsas prinsiplərdən biridir. Bu işdə bizi dəstəkləyən bütün tərəfdaşlara təşəkkür edirəm", - deyə prezident vurğulayıb.
Xatırladaq ki, Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli məsləhətləşmələrin ikinci mərhələsi 4 və 5 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərində davam edib.
Tərəflər gündə beş saat işçi qruplarında işləyiblər. Görüşün əsas nailiyyəti 314 əsir (hər tərəfdən 157) mübadiləsi barədə razılaşma olub.
Volodimir Zelenski bunu əhəmiyyətli bir nəticə adlandırıb. Artıq 5 fevralda 157 Ukrayna müdafiəçisi vətənə qayıdıb.
Əziz MUSTAFA













.jpg)
.jpg)
.jpg)






















.jpg)
.jpg)
.jpg)








































.jpg)