Nigeriyada ISWAP terror qruplaşmasının hücumu nəticəsində on bir nəfər həlak olub

Nigeriyada ISWAP terror qruplaşmasının hücumu nəticəsində on bir nəfər həlak olub

11:25
Bəyəndim (2) Bəyənmədim (0)

İŞİD terror qruplaşmasının Qərbi Afrika qanadı olan ISWAP tərəfindən Nigeriyanın şimal-şərqindəki Borno əyalətində həyata keçirilən hücum nəticəsində on bir nəfər həlak olub.

İŞİD terror qruplaşmasının Borno əyalətində həyata keçirdiyi silahlı hücum nəticəsində on bir nəfər həlak olub. Hərbi əməliyyatlar zamanı otuz terrorçu zərərsizləşdirilib.
Milli medianın məlumatına görə, ISWAP üzvləri Borno əyalətinin Askira Uba bölgəsində silahlı hücum həyata keçiriblər. Hücum nəticəsində 11 nəfər həlak olub, daha çox insan yaralanıb.
Digər tərəfdən, Nigeriya ordusunun açıqlamasında ordunun Bornoda ISWAP-a qarşı əməliyyatlar keçirdiyi bildirilib. Bəyanatda əməliyyatlar zamanı 30 terrorçunun öldürüldüyü, onlarla insanın yaralandığı qeyd olunub.

Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif yerlərində Boko Haram və ISWAP terror qruplarının, eləcə də silahlı dəstələrin hücumları ilə üzləşir.

Əziz MUSTAFA