Danimarkada baş verən qatar toqquşması nəticəsində on yeddi nəfər yaralanıb

Danimarkada baş verən qatar toqquşması nəticəsində on yeddi nəfər yaralanıb

15:23
Bəyəndim (2) Bəyənmədim (0)


B.T.-nin məlumatına görə, Danimarkanın şimalında iki qatarın toqquşması nəticəsində on yeddi nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır.

Qəza bu səhər Hilleröd və Kagerup arasındakı dəmir yolu keçidində baş verib. Qatar toqquşmasının səbəbi hazırda məlum deyil. Yaralılar hadisə yerindən vertolyotla təxliyə edilib.

Hillerödda qəzada yaralanan bütün şəxslər üçün böhran mərkəzi yaradılıb. Qatardakı sərnişinlər və onların qohumları ziyarətə dəvətlidirlər. B.T.-nin məlumatına görə, yerli hakimiyyət orqanları hadisə ilə bağlı mətbuat konfransı keçirməyi planlaşdırsalar da, "polis və təcili yardım xidmətləri hələ də qəza haqqında tam təsəvvürə malik olmadığı" üçün tədbiri təxirə salıblar.

Danimarka Mühəndislər Assosiasiyasının (IDA) dəmir yolu üzrə eksperti Kristian Madsen TV 2 Kosmopol-a bildirib ki, toqquşma qatar maşinistlərindən birinin səhlənkarlığından baş verib. Cənab Madsen stansiyadan çıxarkən dayanma siqnalına məhəl qoymadığına inanır. Ekspert qeyd edib ki, Danimarkanın bir çox dəmir yolu xətlərində qırmızı işıqda işləyən qatarları avtomatik olaraq dayandıran təhlükəsizlik sistemi var, lakin qəzanın baş verdiyi hissədə vəziyyət belə deyildi.

Əziz MUSTAFA