Pentaqonda İspaniyanın NATO üzvlüyünün dayandırılması müzakirə olunur

Pentaqonda İspaniyanın NATO üzvlüyünün dayandırılması müzakirə olunur

11:58
Bəyəndim (2) Bəyənmədim (0)


Pentaqon rəsmiləri NATO müttəfiqlərinin İrana qarşı müharibədə ABŞ-a kömək etmək istəməmələrinə görə cəzalandırılma variantlarını müzakirə edirlər. Təklif olunan variantlar arasında İspaniyanın NATO üzvlüyünün dayandırılması və Vaşinqtonun Folklend (Malvin) adaları ilə bağlı mövqeyinin yenidən nəzərdən keçirilməsi var. Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, bu fikirlər "yüksək rütbəli" əməkdaşlar arasında yayılan bir qeyddə öz əksini tapıb. Agentlik qeydin müəllifinin kim olduğu barədə dəqiq məlumat vermir. Qeyddə ABŞ-ın bəzi NATO müttəfiqlərinin İran kampaniyası çərçivəsində döyüş tapşırıqlarını yerinə yetirərkən Amerika Hərbi Hava Qüvvələrinə öz ərazilərindəki bazalardan istifadə etməyə icazə verməməsindən narazılıq ifadə olunur.
Agentliyin həmsöhbətinin dediyinə görə, Pentaqonda nəzərdən keçirilən tədbirlər NATO müttəfiqlərinə "avropalıların imtiyazlılıq hissini zəiflətmək" məqsədi ilə aydın bir siqnal göndərməlidir. Belə ki, İrana qarşı müharibəni ən kəskin tənqid edən İspaniyanın üzvlüyünün dayandırılması ABŞ-ın hərbi əməliyyatlarına məhdud təsir göstərəcək, lakin əhəmiyyətli simvolik effektə malik olacaq, Pentaqonda hesab edirlər. Qeyddə ABŞ-ın İspaniyanın üzvlüyünün dayandırılmasına necə nail ola biləcəyi dəqiq göstərilmir. Agentlik həmçinin qeyd edir ki, alyansda belə bir prosedur olub-olmadığını müstəqil olaraq müəyyən edə bilməyib.
Digər bir tədbir kimi Avropa ölkələrinin "imperiya iddialarına" ABŞ-ın diplomatik dəstəyinin yenidən nəzərdən keçirilməsi göstərilir. Xüsusilə, Vaşinqton Folklend (Malvin) adalarının statusu ilə bağlı mövqeyini yenidən nəzərdən keçirə bilər. Hazırda ABŞ bu ərazinin Böyük Britaniya tərəfindən idarə olunduğunu tanıyır, lakin Argentina, hansı ki, Amerika lideri Donald Trampa ideoloji cəhətdən yaxın olan prezident Xavyer Miley tərəfindən idarə olunur, bu əraziyə iddia edir, agentlik yazır. Qeyddə başqa bir fəaliyyət variantı kimi "çətin" ölkələrin nümayəndələrinin NATO-da mühüm və nüfuzlu vəzifələrdən kənarlaşdırılması göstərilir.
Almaz Həsənli