MAQATE Suriyadakı gizli obyektdən nüvə materiallarını çıxarmağı planlaşdırır
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Suriyadakı məxfi obyektdən nüvə materiallarını çıxara biləcək. Bu məsələ ilə bağlı Suriya, İsrail və Tramp administrasiyasının nümayəndələrinin iştirakı ilə danışıqlar bir neçə ay davam edib. Oxuməni. az xəbər verir ki, bu barədə “Axios” ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Söhbət «Obyekt 99» adlandırılan ərazidən gedir. İki İsrail rəsmisinin sözlərinə görə, Bəşər Əsəd rejimi burada «Əl-Kibar» nüvə reaktoru layihəsi ilə bağlı materiallar saxlayıb. ABŞ mənbələri isə bildiriblər ki, həmin materiallar arasında sarı keks kimi tanınan uran konsentratı da olub.
Bütün bu materiallardan nüvə silahının hazırlanmasında istifadə etmək mümkün deyil. Lakin onların köməyi ilə «çirkli bomba» hazırlamaq mümkündür.
İsrail və ABŞ bir ildən artıqdır «Obyekt 99» probleminin həlli üçün optimal variant axtarırdılar. Axios-un mənbələrinin bildirdiyinə görə, Suriyanın yeni hakimiyyəti isə orada nüvə materiallarının saxlanıldığından xəbərsiz olduğunu bildirirdi.
Bir neçə həftə əvvəl İsrail obyektin ətrafında hərəkətlilik müşahidə edib və Suriya hökumətinin bu materiallara çıxış əldə etməyə çalışdığını, ola bilsin ki, Türkiyənin köməyi ilə bunu etmək istədiyini ehtimal edib. Lakin ABŞ İsrail tərəfdən hər hansı addım atmamasını xahiş edib və MAQATE-ni prosesə cəlb edib.
Nəticədə üç ölkənin iştirakı ilə mümkün eskalasiyanın qarşısını almaq mümkün olub. Üç həftə əvvəl Suriya nüvə materiallarının ərazidən çıxarılması ilə bağlı MAQATE ilə razılaşma imzalayıb. Lakin hazırda həmin materiallar hələ də «Obyekt 99»da qalır.
Almaz Həsənli







































































.jpg)











