Erməni patriarx Kremldən Şuşanın və Hadrutun qaytarılmasını istəyib

Erməni patriarx Kremldən Şuşanın və Hadrutun qaytarılmasını istəyib

23 Noyabr 2020 10:51
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistan Şuşa şəhəri və Hadrut qəsəbəsinin itirləməsini həzm edə bilmir.

Oxuməni.az xəbər verir ki, İrəvan bu iki şəhəri geri almaq üçün hətta xarici ölkələrdəki dini icmaları hərəkətə gətirib.

Bu günlərdə Qüdsün erməni patriarxı, arxiyepiskop Nurhan Manukyan Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. O müraciətdə Putinə Qarabağda müharibənin dayandırılmasına görə təşəkkürünü bildirib. Daha sonra isə Putindən Şuşa və Hadrutun ermənilərə qaytarılmasını xahiş edib.

Haifa icmasının rəhbəri keşiş Tirair Hovakimyan arxiyepiskopun məktubu şərh edib. O erməni mediasına bildirib ki, Putin onların rəylərini nəzərə alacaq.

“Rəyləri nəzərə alacaqlar, çünki Qüds ümumi geopolitik proseslərə müstəsna təsiri olan mərkəzlərdən biridir, lakin eyni zamanda 9 Noyabrda imzalanmış üçtərəfli müqaviləni də nəzərə almalıyıq”, - deyə keşiş vurğulayıb.

Oxuməni.az