Təsəvvür edin bir sabah Günəş doğmasa nə baş verər?
Gündəlik həyatımızda müəyyən temperaturlarda sağ qalmağa davam edə biliriksə, günə başladığımız zaman ətrafımızda baş verənləri asanlıqla görə biliriksə və ən əsası nəfəs alırıqsa, demək günəş doğmuşdur və səhərdir.
Yer üzündəki bütün canlılar üçün həyati əhəmiyyət kəsb edən Günəş bir səhər doğmasaydı, nə baş verərdi, heç düşündünüzmü?
Günəşin varlığı yer üzündə 10 dəqiqə, 1 gün, 1 ay və ya 1 il yox olsaydı insanlar, canlılar və bütün orqanizmləri necə bir həyat gözləyəcəkdi, yoxsa həyatımıza davam edə bilərdik? Bu məqamda Asiya Melis Akdoğanın elmə əsaslanan bütün mümkün cavablarına nəzər salaq.
İşığın Günəşdən Yerə keçməsi cəmi 8 dəqiqə çəkir, yəni Günəşdən itirilmiş proton və hissəciklər Yerə doğru yol alır. İstər gecə yarısının ən qaranlıq saatlarında, istərsə də günəşli günorta saatlarında, Günəş yoxa çıxan kimi, 8-9 dəqiqə ərzində nəzərəçarpacaq şəkildə fərq edə biləcəyimiz bir qaranlıq bütün yer üzünə hakim olur və bu nöqtədə bəzi dəyişikliklər baş verir.
Aydın mənzərəyə ehtiyacı olan təyyarələr və gəmilər görmə qabiliyyətini itirir, süni işıqsız bir çox otaqlar, binalar və ərazilər tamamilə qaranlığa qərq olur. Bu zaman saat qurşağı mövcud olmağa davam etsə də, bütün Yer kürəsi daimi olaraq gecəni yaşamağa başlayır.
Göyə baxdığımızda qara damla kimi bütün ulduzları aydın görmək mümkündür. Buna səbəb Günəşin verdiyi işıq mənbəyinin yoxa çıxmasıdır. Üstəlik, Ayın varlığından heç vaxt əmin ola bilmərik, çünki Günəşin yox olması ilə Ayın əks etdirəcək işığı da yoxa çıxır. Günəş mövcudluğunu dayandırdıqdan təxminən 8-9 dəqiqə sonra cazibə qüvvəsi tamamilə dayanır. Yer Günəş ətrafında fırlanmağı dayandırır və əvəzinə kosmosda düz bir xətt üzrə hərəkət etməyə başlayır.
Qaranlığın hücumu başlamazdan bir müddət əvvəl, parlaq şimal işıqları Yer ətrafındakı maqnit sahəsindəki dəyişikliklər və ionosferdəki qarışıqlıq səbəbindən görünür. Günəşin yoxa çıxmasının 10-cu dəqiqəsindən etibarən ulduzlar bizim yeganə işıq mənbəyimiz olaraq qalırlar və qalan bu parlaq cisimlər Yerə çox az işıq verə bilir. Bu səbəbdən ətrafımızda baş verənləri görmək və həyatımıza davam etmək üçün daha çox süni işıq mənbələrinə güvənmək məcburiyyətindəyik.
Bu anlarda günəşi görməməyin ən təhlükəli tərəfləri tədricən üzə çıxmağa başlayır və fotosintez tamamilə dayanır.
Fotosintezin uğursuzluğu o deməkdir ki, bitkilər və bəzi bakteriyalar artıq oksigen istehsal edə bilmir və yer üzündəki hər canlının həyatı böyük təhlükə altındadır.
Günəşin kainatdan tamamilə yoxa çıxmasının ilk saatında hər yerdə temperatur bir neçə dərəcə aşağı düşməyə başlayır və Yerin səthi yavaş-yavaş soyumağa başlayır, lakin Yer ərimiş nüvəsi sayəsində isinməyə davam edir.
Yaxşı, 24 saat keçir və Günəş hələ də görünmür, bizi daha nə gözləyə bilər?
1 gündən sonra Yer kürəsində temperatur orta hesabla 5-7 dərəcə aşağı düşməyə meylli olur və bəzi bitki və mikroorqanizmlər həyat üçün lazım olan ən əsas maddənin olmaması səbəbindən ölməyə başlayır. Okean canlıları isə yaşayış yerləri qaranlıq və soyuq olduğundan demək olar ki, heç bir dəyişiklik hiss etmirlər.
Bu müddət 1 həftəyə yaxınlaşdıqca dünya üzrə orta temperatur -17 dərəcəyə enir.
Tektonik qırılmalarla bəzi rayonlarda hava şəraiti hələ də mülayim olaraq davam edərkən, otyeyən olan və yaşamaq üçün müəyyən temperatur səviyyələrinə ehtiyacı olan heyvanlar tamamilə ölürlər. Dayaz sularda yaşayan canlılar da həddindən artıq soyuqdan həyatını itirməyə başlayırlar.
1 ayın sonunda temperaturun aşağı düşməsi davam edir və Yerin demək olar ki, bütün səthi buzla örtülür. Orta temperatur -30 dərəcə olduqda, bəzi xüsusi növlər istisna olmaqla, bütün bitki örtüyü və siyanobakteriyalar ölür. Məsələn, həmişəyaşıl iynəyarpaqlılar həyata yapışmağa davam etsələr də, Günəş olmadığı üçün artıq oksigen istehsal edə bilmirlər. Bəzi bakteriyalar standart həyatlarını davam etdirirlər və Yerdəki həyat geotermal bulaqlar və yeraltı sularla qidalanırlar. Okeanda ölən canlıların sayı günü-gündən artır.
Bir il sonra Yerin səthi və okeanlar qalın buz təbəqəsi ilə örtülür. Bu zaman havanın temperaturunun -40 dərəcəyə çatması mümkündür və həyat yalnız okeanların altında davam edir.
Professor Devid Stivensona görə, temperatur -160 dərəcəyə çatana qədər Yer minlərlə il soyumağa davam edə bilir və bu zaman Yerdə həyat sözün əsl mənasında qeyri-mümkün olur.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











