Başqa bir dünyadan gəlmiş elektrikli pikap

Başqa bir dünyadan gəlmiş elektrikli pikap

17 İyul 2023 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Tesla, başqa bir dünyadan gəlmiş kimi görünən Cybertruck, Elektrikli Pikapın istehsalına başladı. Tesla verdiyi açıqlamada ilk Cybertruck-un Texasdakı Gigafactory-nin istehsal xəttindən çıxdığını açıqlayıb. İlk tədarüklərin sentyabrın sonunda olacağı gözlənilir.

Tesla-nın təqdimatı ilə böyük səs-küy yaradan elektrik pikapının son bir neçə il ərzində istehsalına hazırlıq gedirdi. Sentyabrın sonuna doğru baş tutması gözlənilən bu çatdırılmadan əvvəl Cybertrucks-ın nə vaxt kütləvi istehsala keçəcəyi də maraqla qarşılanıb.

Tesla bu maşının ilin əvvəlində müştərilər üçün vaxtından əvvəl kütləvi istehsal olunacağı haqqında düşünür. Bu da elektrik pikapının tədarükünün gözləniləndən daha tez baş verəcəyini göstərir.

Təbii ki, istehsal erkən başlamış kimi görünsə də, bu prosesdə yarana biləcək ləngimələri nəzərə alaraq, stabil istehsal prosesini həyata keçirmək daha məntiqli olardı…

Murad Şahməmməd