Kosmosa göndərilən “Voyager Qızıl Rekordları”nın bir nüsxəsi hərraca çıxarılır

Kosmosa göndərilən “Voyager Qızıl Rekordları”nın bir nüsxəsi hərraca çıxarılır

27 İyul 2023 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

Kosmosda mümkün "ağıllı həyata" mesaj göndərmək üçün Yer səsi və təsvirlərindən yaradılmış "Voyager Qızıl Rekordlar"ın bir nüsxəsi hərraca çıxarılır.

CNN-in xəbərinə görə, 1977-ci ildə ABŞ Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) "Voyacer 1 və 2" kosmik gəmisi ilə göndərdiyi bəşəriyyət tarixində ilk ulduzlararası mesaj olan bu qeydlərdə Yerin 115 şəkli var. Eləcə də 59 fərqli dildə təbrik mesajları.

1996-cı ildə vəfat edən astronom Karl Saqan və həyat yoldaşı Ann Druyan tərəfindən qeydə alınmış NASA-nın Voyager Qızıl Rekordlarının bir nüsxəsi Nyu-Yorkda hərraca çıxarılır.

Satışa çıxarılan qeydlərin 400-600 min dollara alıcı tapacağı gözlənilir.

Orijinal qutularında, əlyazma etiketləri olan qeydlərdən birincisində Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələrinin çıxışları və dünyanın müxtəlif yerlərindən gələn müxtəlif səslər, ikincisində isə dünyanın müxtəlif mədəniyyətlərinə aid musiqilər yer alır.

Bu yazıların mislə örtülmüş və qızılla örtülmüş səkkiz nüsxəsindən ikisi kosmosa göndərilib, hər bir qeydin üz qabığında isə günəşin mövqeyini göstərən simvollar və rekorddan istifadə qaydaları var.

NASA-nın "Voyacer 1 və 2" kosmik gəmisi 1986-cı ildə Uran və 1989-cu ildə Neptun yaxınlığından keçməyə imkan verən Voyager 2-nin əlavə maliyyəsi ilə nadir planetlərin düzülüşündən faydalanmaq üçün 1977-ci ildə buraxılıb.

Hər iki kosmik gəmi Yupiter, Saturn və ulduzlararası kosmosun tədqiqatlarında iştirak etmiş və ətraflı təsvirlər çəkmişdir. "Voyacer 1 və 2" hələ də Yerə məlumat verməkdə davam edir.

Murad Şahməmməd