Təyyarənin yük bölməsində qəfəsdən qaçan ayı

Təyyarənin yük bölməsində qəfəsdən qaçan ayı

7 Avqust 2023 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

İraqın baş naziri Dubay hava limanından Bağdada yola düşməyə hazırlaşan təyyarənin yük bölməsində qəfəsdən qaçan ayının işi ilə bağlı araşdırma aparılmasına göstəriş verib.
İraq Hava Yolları bildirib ki, ayının daşınması prosedurları qanuna və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) təsdiq etdiyi qayda və standartlara uyğun həyata keçirilib.
Ayının qaçmasına görə məsuliyyət daşımadığını bildirən şirkət, təyyarənin ekipajının ayını yatdırmaq və yükü çıxarmaqdan məsul olan qrupa rəhbərlik edən Birləşmiş Ərəb Əmirlikləri səlahiyyətliləri ilə əməkdaşlıq etdiyini vurğulayıb.
Sosial şəbəkələrdə kapitan pilotun yük bölməsindəki ayının qaçması səbəbindən uçuşun gecikməsinə görə üzr istəməsi görüntüləri paylaşılıb.

Murad Şahməmməd