Beləliklə, hər şey elə qurulub ki, ölənə qədər və sonra da «Barbie» gəlincik  fanatı ola biləsiniz

Beləliklə, hər şey elə qurulub ki, ölənə qədər və sonra da «Barbie» gəlincik  fanatı ola biləsiniz

8 Avqust 2023 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

El Salvadorda «Barbie» gəlincik çılğınlığı çox pis artıq həddə çatıb, çəhrayı tabutlar «Barbie» gəlincik şəkilləri ilə bəzədilib. Beləliklə, hər şey elə qurulub ki, ölənə qədər və sonra da «Barbie» gəlincik fanatı ola biləsiniz.

Çəhrayı tabutlar Qvatemala sərhədinə yaxın Ahuachapan şəhərində Alpha və Omega Cənazə Evində satılır.

Cənazə evinin sahibi İsaak Villeqas, iyul ayında «Barbie» filminin nümayişindən əvvəl əslində çəhrayı tabut variantını təklif etdiyini söyləyib lakin Latın Amerikasını bürüyən «Barbie» film çılğınlığı onu tabutların parça üzlüklərini kukla təsvirləri ilə bəzəməyə təşviq edib.

Tabutlar haqqında danışan dəfn evinin sahibi, "Mən düşündüm ki, bu tendensiyanı tutmalıyıq, bacardıq" deyə o bildirib.

Villeqas Barbie tabutlarının tanıtım kampaniyasına başladığını və onlardan 10 ədədini artıq satdığını bildirib. Bu o demək deyil ki, bu tabutlarda 10 nəfər dərhal dəfn olunub. El Salvadorda bir çox insan gələcək dəfn üçün əvvəlcədən ödənişli paket almağı seçir.

Villeqas, bir il əvvələ qədər ailələrin qara, qəhvəyi, ağ və ya boz kimi ənənəvi tabut rənglərinə üstünlük verdiyini lakin keçən il ilk çəhrayı tabutu satdığını izah edib. Cənazə evi sahibinin artıq geri qayıtmaq və yalnız qara tabutlar hazırlamaq niyyəti yoxdur. "Biz daha çox çəhrayı tabut hazırlayacağıq, çünki insanlar bunu istəyir" deyib Villeqas.

Latın Amerikasında «Barbie» pərəstişkarları çəhrayı dolmalar və şirniyyatlar hazırlayırlar. «Barbie» loqosu olan kommersiya təyyarələrində, siyasi reklamlarda və hətta «Barbie» temalı etiraz aksiyaları da əks olunur.

İyul ayında hökumət əleyhinə keçirilən nümayişdə iki qadın çəhrayı geyinərək prezident Dina Boluarteyə etiraz etmək üçün Perunun paytaxtı Limanın əsas meydanındakı nəhəng «Barbie» qutularına girib.

Murad Şahməmməd