2 il əvvəl BDU-nun Jurnalistika fakültəsini bitirmişdi - Türkiyədə vəfat etdi

2 il əvvəl BDU-nun Jurnalistika fakültəsini bitirmişdi - Türkiyədə vəfat etdi

20 Sentyabr 2019 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə müalicə edilən azərbaycanlı gənc vəfat edib.

Oxumeni.az xəbər verir ki, bir müddət əvvəl sümük iliyi çatışmazlığı diaqnozu ilə Türkiyədəki özəl klinikalardan birinə yerləşdirilən Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Cavid Abbasov dünyasını dəyişib. Onun cənazəsinin sabah Azərbaycana gətiriləcəyi və Gəncədə dəfn ediləcəyi bildirilib.

Qeyd edək ki, Cavid Abbasov 2017-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Allah rəhmət eləsin!

Oxumeni.az