"Xalqımız Prezidentin siyasətinin tam müdafiəçisidir" ÖZƏL-MÜNASİBƏT

"Xalqımız Prezidentin siyasətinin tam müdafiəçisidir" ÖZƏL-MÜNASİBƏT

24 Sentyabr 2019 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün siyasətinin məqsədi Azərbacyan vətəndaşıdır, onun rifah halının yaxşılaşdırılmasıdır, bu gün dünənkindən sabah isə bugünkündən yaxşı yaşamasından ötrü bərabər imkanların yaradılmasıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Bu siyasət konkret olaraq özünü nədə göstərir? Hər şeydən əvvəl təkcə biz 2018-2019-cu illərə nəzər salsaq – maaşların, pensiyaların artırılması, tələbə təqaüdləri, doktorantların təqaüdləri, şəhid ailələri, müharibə veteranları, əlillərlə bağlı qərarların qəbul edilməsi digər ölkələrin tarixində çox nadir rast gəlinə bilər. Bütün bunlar hamısı cənab Prezidentimiz tərəfindən qəbul edildi və həyata keçirildi. Azərbaycan xalqı bütün bu alınan tədbirləri görür. Millətimiz dövlət siyasətimizin cənab Prezidentimizin liderliyi altında yürüdülən siyasətin tam müdafiəçisidir. Bu siyasətin alternativi yoxdur və həmin siyasətin nəticəsində Azərbaycanın çox gözəl gələcəyi var”.

Oxumeni.az