Hind okeanında yeni qitə yaranır

Hind okeanında yeni qitə yaranır

20 İyun 2020 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliya və Fransadan olan bir qrup elm adamı Hind okeanının cənubunda geoloji baxımdan yeni bir qitənin meydana gəlməsi kimi xarakterizə edilə bilən bir prosesin baş verdiyi qənaətinə gəlib.

Tədqiqatçıların fikrincə, bunu qitələr üçün xarakterik olan yer qabığının tərkibində çoxlu qranit olan üst qatının quruluşu sübut edir.

Elm adamları milyon illər sonra hazırda Antraktida yaxınlığında yerləşən Kergelen arxipelaqı adalarının olduğu yerdə görünə biləcəyi fərziyyəsini irəli sürüblər.

Tədqiqat "Terra Nova” jurnalında dərc edilib.

Oxuməni.az