Amerika iqtidarı Əsədə qarşı “əl-Qaidə”dən istifadə edir – ABŞ prezidetliyə namizədi
Demokrat prezidentliyə namizəd Tulsi Gabbard ABŞ hakimiyyətini sərt ittiham edib.
Tulsi Gabbard, ABŞ səlahiyyətlilərinin Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı "Əl Qaidə" terror təşkilatından istifadə etdiyini deyib.
Belə bir ittihamla çıxış edən Gabbard, prezident seçiləcəyi halda terrorçulara dəstəyini dayandıracağını bildirib. O həmçinin suriyaya qarşı tətbiq edilən sanksiyalara da son verəcəyini bildirib.
Qeyd edək ki, ABŞ 2020-ci ildə ölkəyə yeni prezident seçəcək. Demokratlar Tulsi Gabbardla yanaşı senator Bernie Sanders və keçmiş vitse-prezident Co Baydenin də namizədliyini irəli sürüb. Həmçinin hazırki prezident Donald Tramp da yenidən ölkə başçısı olmaq niyyətindədir.
Oxumeni.az
Digər xəbərlər









































































.jpg)

.jpg)



















