“Kimyəvi silah tətbiq edib bizi ləkələmək istəyirlər” - Türk general

“Kimyəvi silah tətbiq edib bizi ləkələmək istəyirlər” - Türk general

17 Oktyabr 2019 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

Terror təşkilatı kimyəvi silah tətbiq edib günahı Türk Silahlı Qüvvələrinin (TSK) üzərinə atmağa çalışa bilər.

Oxumeni.az xəbər verir ki, belə bəyanatla Türkiyənin Milli Müdafiə naziri, general Hulusi Akar çıxış edib.

Akar deyib ki, terror təşkilatının bu addımı atacağına dair onlara informasiya gəlir. O, bəyan edib ki, TSK-nın arsenalında kimyəvi silah olmadığı hər kəs tərəfindən bəlli olan bir reallıqdır.

Qeyd edək ki, TSK Suriyada YPG/PYD/PKK terror təşkilatına qarşı hərbi əməliyyatlar aparır.

Oxumeni.az