Xorvatiyada prezident seçkilərinin birinci turunun qalibi bilindi

Xorvatiyada prezident seçkilərinin birinci turunun qalibi bilindi

24 Dekabr 2019 12:45
Bəyəndim (1) Bəyənmədim (0)

Müxalif Sosial-demokrat Partiyasından olan Zoran Milanoviç Xorvatiyada keçirilən prezident seçkilərinin birinci turunun qalibi olub.

Oxumeni.az “TASS”a istinadən xəbər verir ki, o, seçicilərin 50%-dən çoxunun səsini toplayıb. İkinci yerdə hazırkı prezident Kolinda Qrabar-Kitaroviç qərarlaşıb.

Qeyd edək ki, seçkilərdə seçici fəallığı 51,19% təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 100 min nəfər çoxdur.

İkinci mərhələ 2020-ci il yanvarın 5-də keçiriləcək. Həmin turda Milanoviçlə Qrabar-Kitaroviç mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az