Hakim partiyadan olan deputat rüşvət almaq ittihamı ilə həbs olunub

Hakim partiyadan olan deputat rüşvət almaq ittihamı ilə həbs olunub

25 Dekabr 2019 09:54
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyada hakim Liberal Demokratik Partiyadan (LDP) olan deputat kazino oyunlarının çinli operatorundan bir neçə milyon yen məbləğində rüşvət almaq ittihamı ilə həbs olunub.

Rüşvət almaqda ittiham olunan Tsukasa Akimoto Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi LDP-dən parlamentin aşağı palatasının üzvü seçilib.

48 yaşlı T.Akimoto Ş.Abenin hakimiyyəti dövründə Yaponiyada kazinoların inkişaf etdirilməsi layihəsinə cavabdeh şəxslərdən biri olub. Belə ki, o, ötən ilin dekabrında nazir müavini vəzifəsinə təsdiq edildikdən sonra Çinə səfəri zamanı Yaponiyada oyun biznesi qurmaq istəyən şirkətlə danışıqlar aparıb. Həmin Çin şirkətinin prezidenti ilə görüşdən sonra o, Hokkaydoda tikiləməsi planlaşdırılan əyləncə rayonlarından birinə səfər edərək, burada yerli hakimiyyət orqanlarının nümayəndələri ilə müzakirələr aparıb.

Tokio prokurorluğunun istintaq qrupunun T.Akimotonun ofisində axtarışlar apardığı da bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az