BƏƏ XİN “Bəşər qardaşlığı: Bütün dünyada sülh və birgəyaşayış naminə” bəyannaməsini ictimaiyyətə təqdim edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi Roma Papası Fransiskin bu ölkəyə səfəri zamanı imzalanmış “Bəşər qardaşlığı: Bütün dünyada sülh və birgəyaşayış naminə” adlı bəyannaməni ictimaiyyətə təqdim edib. Bu barədə Oxumeni.az-a BƏƏ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Xatırladaq ki, Roma Papası Birləşmiş Ərəb Əmirliklərinə Əbu-Dabi vəliəhdi, Şeyx Mohammed bin Zayed Al-Nahyanın dəvəti ilə cari il fevralın 3-5-də ilk dəfə rəsmi səfər edib.
Səfər çərçivəsində dünyanın müxtəlif ölkələrindən gəlmiş dini liderlərin iştirakı ilə bəşər qardaşlığına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Konfrans çərçivəsində Roma Papası Fransisk və Əl-Əzhər məscidinin imamı şeyx Əhməd ət-Tayyibin birgə bəyannamə imzalayıblar.
“Bəşər qardaşlığı: Bütün dünyada sülh və birgə yaşayış naminə” bəyannaməsinin Azərbaycan və rus dillərinə tərcüməsi ilə bu linkdən tanış olmaq mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az













































.jpg)

.jpg)















































